Ramanada su probleminə görə hətta, üzü belə təraş edə bilmirlər... - VİDEO
Paytaxtın Yeni Ramana qəsəbəsində yaşayan bir qrup sakin günlərdir su üzünə həsrət qalıb.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, sakinlər iddia edir ki, əraziyə içməli su bir neçə gündən bir verilir. Bu isə daha çox gecə saatlarına təsadüf edir.
İsti havalarda yaşanan su çatışmazlığı insanların işini xeyli çətinləşdirib
Sakinlərin sözlərinə görə, verilən suyun təzyiqi çox zəif olduğundan, ehtiyat çənlərini belə doldura bilmirlər.
Məsələ ilə bağlı "Azərsu" ASC-dən bildirildi ki, suya təlabat artdığından təzyiq aşağıdır. Sözügedən ərazi relyef baxımından yüksəkdə yerləşdiyi üçün su təchizatında müəyyən çətinliklər müşahidə olunur. Temperatur aşağı düşdükcə suyun əvvəlki şəkildə verilişi təmin olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: