Rusiyada 5,6 bal gücündə zəlzələ oldu

Rusiyanın İrkutsk vilayətində qeydə alınıb. Episentrdə yeraltı təkanların intensivliyi 5,6 bala çatıb.

Rusiyada 5,6 bal gücündə zəlzələ oldu
Rusiyanın İrkutsk vilayətində qeydə alınıb. Episentrdə yeraltı təkanların intensivliyi 5,6 bala çatıb.

meqale.com-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi bildirib.

"Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsinin məlumatına görə, bu gün saat 06:54-də seysmik hadisə qeydə alınıb, zəlzələnin episentri Baykal gölünün akvatoriyasında, Bolşoye Qoloustnoye qəsəbəsindən (İrkutsk dairəsi) 36 km aralıda olub. Episentrdə intensivlik 5,6 bal təşkil edib", - deyə qeyd olunub.