Rusiyada iki gəmi toqquşdu

Rusiyanın Rostov vilayətində Don çayının akvatoriyasında iki gəmi arasında toqquşma baş verib.

Rusiyada iki gəmi toqquşdu
Rusiyanın Rostov vilayətində Don çayının akvatoriyasında iki gəmi arasında toqquşma baş verib.

meqale.com oxuya istinadən xəbər verir ki, Don çayının 2998-ci kilometrliyində, "Qafqaz" limanına buğda yükü ilə üzən "Volqodon-225" gəmisi ilə Qazaxıstana üzən "Astrol-6" gəmisi toqquşub.

"Volqodon"da su xəttinin üstündə kiçik bir əzik var, sol tərəfdəki artırmalar zədələnib, "Astrol"un lövbər zəncirində zədə var. Ümumilikdə itki və neft sızıntısı yoxdur.