Sabiq məktəb direktorunun həbsinin YENİ DETALLARI

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin sabiq direktoru Fəxrəddin Həsənqulu oğlu Həsənovun həbsinin bəzi detalları məlum olub.

Sabiq məktəb direktorunun həbsinin YENİ DETALLARI
Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin sabiq direktoru Fəxrəddin Həsənqulu oğlu Həsənovun həbsinin bəzi detalları məlum olub.

Dağlıq-Şirvan Regional Təhsil İdarəsindən oxuya verilən məlumata görə, idarə tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.

Bildirilib ki, sabiq direktor əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ötən il iyulun 3-də tutduğu vəzifədən azad edilib.