Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Meqale.com - un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt – Astara avtomobil yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Qardili kənd sakini 1984-cü il təvəllüdlü Mədətov Elnur Mail oğlu yolu keçən zaman avtomobil vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.