Çində “Formula-1” mərhələsində sprint yarışının qalibi məlum olub

“Ferrari”nin britaniyalı pilotu Luis Həmilton “Formula-1” avtomobil yarışları üzrə dünya çempionatının ikinci mərhələsi – Çin Qran-prisinin sprint yarışının qalibi olub.

Çində “Formula-1” mərhələsində sprint yarışının qalibi məlum olub

Meqale.com xəbər verir ki, yarışlar Şanxayda keçirilir.

İkinci yeri “McLaren”in avstraliyalı pilotu Oskar Piastri tutub. Üçüncü yeri “Red Bull” komandasından niderlandlı Maks Ferstappen qazanıb.

“Formula-1”də sprint yarışları 2021-ci ildən keçirilir. Sprintdə qalib gələn pilot çempionatın ümumi hesabına 8 xal qazanır. Həmilton belə bir yarışı ilk dəfə qazanıb. Britaniyalı sprint yarışını qazanan ilk “Ferrari” pilotu olub.

Həmiltonun 40 yaşı var, o, “Formula”1-in yeddiqat çempionudur. Britaniyalı pilot “Ferrari” komandasında ikinci Qran-prisini keçirir. 2013-cü ildən pilot “Mercedes”də, 2007-2012-ci illərdə isə “McLaren”də çıxış edib.

Yarışın sıralama turu şənbə günü keçiriləcək və Bakı vaxtı ilə saat 11:00-da başlanacaq. Yarış bazar günü saat 11:00 start götürəcək.