Seçkilər qanunvericiliyə uyğun keçirilib - GUAM PA

Azərbaycanda prezident seçkiləri milli qanunvericiliyə uyğun təşkil edilib və keçirilib.

Seçkilər qanunvericiliyə uyğun keçirilib - GUAM PA
Azərbaycanda prezident seçkiləri milli qanunvericiliyə uyğun təşkil edilib və keçirilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, GUAM baş katibi Altay Əfəndiyev deyib.

"Azərbaycanda keçirilən Prezident seçkiləri milli qanunvericiliyə, Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış qayda və prosedurlara uyğun olaraq, demokratik seçkilərə dair ümumi prinsiplərə və standartlara uyğun təşkil edilib və keçirilib", - o deyib.

Qeyd edək ki, Amerikanın "Oracle Advisory Group" təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə Azərbaycanda prezident seçkiləri zamanı keçirdiyi "exit-poll"un nəticələrini açıqlayıb.

Belə ki, təşkilatın məlumatına görə, çərşənbə günü keçirilən Azərbaycanda prezident seçkilərində seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Seçicilərin 1,8 faizi Zahid Oruc, 1,5 faizi Fazil Mustafa, 1,2 faizi Qüdrət Həsənquliyev, 0,9 faizi Razi Nurullayev, 0,4 faizi Elşad Musayev, 0,3 faizi Fuad Əliyevə səs verib.

Xatırladaq ki, bu gün Azərbaycanda prezident seçkilərində səsvermə keçirilib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Xatırladaq ki, seçici siyahısında 6 milyon 478 min 623 nəfər var. Onlar ölkə üzrə 6537 seçki məntəqəsində səs veriblər.

Xaricdəki Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarında 49 seçki məntəqəsi yaradılıb.

Seçkiləri izləmək üçün 90 mindən çox müşahidəçi qeydiyyatdan keçib.

Müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər ölkənin bütün ərazisini, o cümlədən işğaldan azad edilmiş torpaqları əhatə edib. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.