Səfirliyimizə hücum edən şəxsdən XƏBƏR VAR – İran rəsmisi açıqladı

27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin məhkəməsi hələlik təşkil olunmayıb.

Səfirliyimizə hücum edən şəxsdən XƏBƏR VAR – İran rəsmisi açıqladı
27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin məhkəməsi hələlik təşkil olunmayıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Məsud Setayeşi bu gün (10 oktyabr) Tehranda keçirilən mətbuat brifinqində deyib.

M.Setayeşinin sözlərinə görə, təbii ki, məhkəmənin keçirilmədiyinə görə hələlik hər hansı hökm verilməyib.

O əlavə edib ki, bu cinayət işində araşdırma mərhələsi davam edir.