Səhər bu yeməkləri yeyəndə damarlar tıxanır

Rusiyalı endokrinoloq Maksim Kuznetsov səhər yeməyində edilən ən zərərli seçimi açıqlayıb.

Səhər bu yeməkləri yeyəndə damarlar tıxanır
Rusiyalı endokrinoloq Maksim Kuznetsov səhər yeməyində edilən ən zərərli seçimi açıqlayıb.

meqale.com xəbər verir ki, həkimin fikrincə, səhər süfrəsində eyni anda bir neçə növ yağlı qidanın yer alması sağlamlığa mənfi təsir göstərir.

O, yağda bişirilmiş yumurta ilə bekonu buna misal çəkərək bildirib ki, bu cür yeməklər demək olar, "yağla dolu boşqab" sayılır. Belə bir kombinasiya xolesterin səviyyəsini artırır və ürək-damar sisteminə artıq yük salır.