“Sənətkarlar var ki, kart göndərib ondan-bundan pul istəyirlər”
Müğənni Manaf Ağayev qalmaqallı açıqlamalar verib.
meqale.com xəbər verir ki, Manaf bəstəkar mahnısı ifa etməməsindən danışıb:
"İstəmirəm ki, kimlərinsə adını çəkim. Amma sənətkarlar tanıyıram ki, ona-buna kartını göndərir, deyir "pul at". O sənətlə acından ölürəmsə, nə edim onu? 4 nəfərin adını çəkərəm. Bizdə tələbat yoxdur.
Bəstəkar mahnısı oxuyum, acından ölüm?
Böyük çıxsa da deyəcəyəm. Cəmiyyətdə hörmətim, adım-sanım var, sayılıb-seçilirəm, övladlarımın hamısını yerbəyer etmişəm, təhsil alıblar, hamısına ev almışam. Bunlar oxuduğum mahnılara görə olub ki, Xalq tərəfindən sevilir.