Simonyan, Solovyov və Kiselyov beynəlxalq məhkəməyə verildi

Beynəlxalq İnsan Haqları Federasiyası və tərəfdaşları Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin prokurorluğuna məktubla altı rusiyalının həbsinə order verilməsi ilə bağlı müraciət ediblər.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Meduza" məlumat yayıb.

Hüquq müdafiəçiləri teleaparıcı Vladimir Solovyovun, RT telekanalının baş redaktoru Marqarita Simonyanın, "Rossiya Seqodnya" media qrupunun rəhbəri Dmitri Kiselyovun, teleaparıcı Sergey Mardanın, habelə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyevin həbsinə order verilməsini tələb ediblər.