Tolik və Nadir Brilliantla Lalənin BARIŞIĞINI qeyri-səmimi ADLANDIRDI – FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Lalə Məmmədova ötən gecə məkanların birində doğum gününü qeyd edən Xalq artisti Brilliant Dadaşovanın məclisinə gələrək, onunla barışıb. 

meqale.com bizim media-ya istinadla xəbər verir ki, illərdir, küsülü olan sənətçilərin bu barışığı bir sıra şou-biznes nümayəndələri tərəfindən səmimi qarşılanmayıb. 

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) və müğənni Nadir Qafarzadə sosial şəbəkədə yayılan barışıq videosuna şərh yazıblar. Onlar Məmmədova ilə Dadaşovanın barışığına inanmayıb, qeyri-səmimi adlandırıblar. 

"Heç kim məndən inciməsin. İncisə də gedib su içsin. Mənə bu görüntü heç də səmimi gəlmədi", - deyə Tolik yazıb. 

Nadir isə Elzanın repertuarında yer alan "Son vida" mahnısının nəqarət hissəsinin sözlərini yazaraq, şəxsi münasibətini bildirib.