"Tottenhem"in hücumçusu Harri Keyn "Bavariya"ya keçib

İngiltərə futbol millisinin hücumçusu Harri Keyn "Tottenhem" klubundan Almaniyanın "Bavariya" komandasına keçib.

İngiltərə futbol millisinin hücumçusu Harri Keyn "Tottenhem" klubundan Almaniyanın "Bavariya" komandasına keçib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytında bildirilib.

Məlumata görə, H.Keynin komanda ilə müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədər olacaq.

30 yaşlı Harri Keyn "Tottenhem" akademiyasının yetirməsidir. London komandasının heyətində o, son 19 il ərzində çıxış edib.

Harri Keyn, həmçinin 58 qolla İngiltərə yığmasının bombardiridir.