Türkiyə ordusu 16 terrorçunu məhv etdi

Türkiyə ordusu Suriya və İraqın şimalında PKK terror təşkilatının 16 silahlısını məhv edib.

Türkiyə ordusu 16 terrorçunu məhv etdi
Türkiyə ordusu Suriya və İraqın şimalında PKK terror təşkilatının 16 silahlısını məhv edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində bildirib.

"İraqın şimalındakı Asos, Hakurk və Qara bölgələrində 11 terrorçu məhv edilib, Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı bölgəsində 5 terrorçu məhv edilib", - nazirlik qeyd edib.

Məlumata əsasən, Türkiyə ordusu bir həftə ərzində Şimali İraq və Suriyada 100-dən çox kürd yaraqlısını məhv edib.