Türkiyədə məscidə girən it namaz qılanlara çətin anlar yaşatdı - VİDEO

Sübh vaxtı məscidə daxil olan it namaz qılan vətəndaşlara çətin anlar yaşadıb.

Türkiyədə məscidə girən it namaz qılanlara çətin anlar yaşatdı - VİDEO
Sübh vaxtı məscidə daxil olan it namaz qılan vətəndaşlara çətin anlar yaşadıb.

meqale.com oxuya istinadən bildirir ki, kadrlar Türkiyənin İstanbul şəhərindəndir. Görüntülərdə küçə itinin namaz qılan insanların qarşısında oynaması, bir növ əzizlənmək istəməsi görünüb. Adamlardan bəziləri qorxaraq ibadətini yarımçıq saxlayıblar, digərləri onu çıxarmağa çalışıblar. İt isə heç nəyə baxmayaraq, əylənməyə davam edib.

Sosial şəbəkələrdə yayılan kadrlar istifadəçilər arasında maraqla qarşılanıb.