Ukrayna SQ Rusiya ərazisinə güclü zərbə endirdi
Ukrayna müdafiə qüvvələri Rusiyanın Kursk vilayətində elektrik yarımstansiyalarına güclü zərbə endirib, nəticədə bir çox rayona enerjinin verilişi dayandırılıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, əməliyyat Ukrayna Təhlükəsizlik Xidmətinin "A" Xüsusi Əməliyyat Mərkəzi ilə koordinasiyalı şəkildə həyata keçirilib.