Uzun Həsənin portreti, mum heykəli və mərasim geyimi: sərgi üçün son hazırlıq gedir - VİDEO

Heydər Əliyev Mərkəzində "Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı" sərgisinin açılışına hazırlıqlar gedir.

Noyabrın 1-dən 2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumat və eksponatları izləmək mümkün olacaq.

Ziyarətçilər bir çox nadir eksponatlar, o cümlədən İstanbuldakı Hərb Muzeyində (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı)  saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələrlə tanışlıq imkanı qazanacaqlar. Bu eksponatlar ilk dəfə Azərbaycanda təqdim ediləcək.