“Xəyallarımızda qalan nağıllar” adlı Respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunur
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində uşaqlarda vətənpərvərlik duyğularının güclənməsinə, estetik zövqün, mənəvi tərbiyəninn formalaşmasına, milli-mənəvi sərvətimizdən olan nağıllarımızın yaşadılmasına xidmət məqsədi ilə "Xəyallarımızda qalan nağıllar" adlı Respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunur.
18 yaşa qədər yaradıcılıq qabiliyyəti olan şəxslər 2023-cü il noyabr ayının 28-dək
anketi tamamlayaraq [email protected] ünvanına göndərməklə müsabiqəyə qatıla bilər. Mövzu: Nağıl persanajı və səhnələrinin təsviri
Yuxarı yaş qrupunun nümayəndələri öz arzuları ilə iştirak edə bilərlər