Yaponiyanın İmperatoru İlham Əliyevi təbrik edib
Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə xoşbəxtlik, xalqınıza firavanlıq arzu edirəm". meqale.com