Yasamalda küçə itləri azyaşlıya hücum etdi - VİDEO
Bakıda sahibsiz küçə itləri azyaşlı qıza hücum ediblər.
meqale.com xəbər verir ki, hadisə Yasamal rayonunda, MİDA (Mənzil İnşaatı Dövlət Agentliyinin) binalarından birinin qarşısında baş verib.
Uşağı qapıyadək qovan it orada başqa insanları gördükdən sonra dayanıb.
Sakinlərin sözlərinə görə, ərazidə sahibsiz itlər sürü ilə dolaşırlar.