Yerusəlimdə silahlı hücum zamanı azı 3 nəfər öldü, 11 nəfər yaralı var
Şərqi Yerusəlimdə yerləşən Maale Adumim yaşayış məntəqəsinin yaxınlığında baş vermiş atışma nəticəsində azı 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
APA "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, İsrail polisi 3 silahlının magistral yolda tıxacda qalan avtomobillərə atəş açması barədə məlumat yayıb.
İnsident nəticəsində bir zabitin öldüyünü bildirilir.
İsrail qüvvələri insidenti törədən silahlılardan ikisini öldürüb, üçüncüsü isə həbs edilib.