Zelenski Trampla telefon danışığının təfərrüatlarını açıqladı

Ukrayna prezidenti Volodmir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığında Avropa liderlərinin iştirak etdiyini bildirib.

Zelenski Trampla telefon danışığının təfərrüatlarını açıqladı
Ukrayna prezidenti Volodmir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığında Avropa liderlərinin iştirak etdiyini bildirib.

meqale.com report-a istinadən xəbər verir ki, onun sözlərinə görə, söhbət zamanı Moskvada ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə görüşündə elan edilənləri müzakirə ediblər.

"Bizim tərəfdaşlarımızla ümumi mövqeyimiz tamamilə aydındır: müharibə başa çatmalıdır və bu, vicdanlı son olmalıdır".

Zelenski vurğulayıb ki, Ukrayna mütləq öz müstəqilliyini qoruyacaq: "Ölkəmiz uzunmüddətli və davamlı sülh istəyir. Rusiya başladığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm".