Zərdabda narkokuryerlik edən şəxs saxlanılıb - FOTO

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrin birində tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan Füzuli rayon sakini Toğrul Abbasov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan meqale.com-a verilən məlumata görə, adıçəkilən şəxsdən 6 kiloqram marixuana və heroin götürülüb.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.