Zibil içində yaşayan qonşularından şikayət etdilər

Nərimanov rayonu, Elçin İsaqzadə küçəsindəki binalardan birində yaşayan Qalina Levteyonko adlı qadın evini sözün əsl mənasında zibilxanaya çevirib.

Zibil içində yaşayan qonşularından şikayət etdilər
Nərimanov rayonu, Elçin İsaqzadə küçəsindəki binalardan birində yaşayan Qalina Levteyonko adlı qadın evini sözün əsl mənasında zibilxanaya çevirib.

meqale.com Baku TV-yə istinadən məlumat verir ki, vətəndaşların sözlərinə görə, mənzildə antisanitar vəziyyət yaranıb, qoxudan dayanmaq olmur.

Məhəllədəki itlər, pişiklər həmin evdə qalır.

"Sığınacağa yerləşdirilməyimi istəmirəm. Öz evimdə yaşayıram. Mənim bəzi şeyləri atmağa heyfim gəlir, yığıram ki, uyğun bir yer tapanda onları satım", - Qalina Levteyonko deyib.