0:4-ə görə baş məşqçi döyülüb

Polşa futbolunda növbəti xoşagəlməz hadisə baş verib.

0:4-ə görə baş məşqçi döyülüb
Polşa futbolunda növbəti xoşagəlməz hadisə baş verib.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, "Zaqlembe" klubunun azarkeşləri baş məşqçisi Aleksandr Xatskeviçi döyüblər.

Autsayderin son turda "Katovitse"yə 0:4 hesabı ilə uduzması fanatları qəzəbləndirib. Komandanın məşqi zamanı bazaya daxil olan bir qrup azarkeş belaruslu mütəxəssisin üzünə zərbə endirib və təpikləyib.

Bu, polşalı azarkeşlərin ilk belə hərəkəti deyil. Azərbaycan millisinin futbolçusu Mahir Emreli də "Legiya"da oynadığı vaxt oxşar hadisə ilə üzləşib.