1/8 finalın bütün cütləri müəyyənləşdi
Azərbaycan Kubokunda 1/8 final cütləri bəlli olub.
meqale.com fanat.az-a istinadən xəbər verir ki, bu gün başa çatan ikinci təsnifat mərhələsindən sonra bütün komandalar rəqiblərini tanıyıb.
1/8 final
"Səbail" - "Şamaxı" "Zirə" - "Turan Tovuz" "İrəvan" - "Araz-Naxçıvan" "İmişli" - "Qəbələ" "Sumqayıt" - "Karvan" "Neftçi" - "Qaradağ Lökbatan" "Kəpəz" - "Sabah" "Qarabağ" - MOİK
Qeyd edək ki, 1/8-in oyunları 19-21 dekabr aralığında keçiriləcək.