"1 ildir nişanlı idi" - Öldürülən polisin atası DANIŞDI - YENİLƏNİB - FOTO

16:20

16:20

Xəbər verdiyimiz kimi, Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

meqale.com metbuat.az-a istinadən xəbər verir ki, qətlə yetirilən polis Mahir Ağayevin atası danışıb. O bildirib ki, hadisədən səhər saatlarında xəbər tutub:

"Çətin olacaq bizim üçün. İnsan öldürmək olmaz. Allah da bağışlamır. Biz 4-5 ay sonra toy edəcəkdik".

--------- 10:56 Qətlə yetirilən polis əməkdaşının 10 gün sonra toyu olacaqmış

Ötən gecə Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarının kimliyi məlum olub.

Onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur.

Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.