“1 milyon borcu olanın 5 milyonluq əmlakına həbs qoymaq olmaz”
"Əmlak bütün mənalarda mülkiyyət anlamına gəlmir. Qanun layihəsində borclunun əmlakının üzərinə həbs qoyulması fikri dəyişdirilməli, borclunun borca adekvat əmlakına həbs qoyulması qeyd edilməlidir".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisdə Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Praktikada bu cür hallar çoxdur. 1 milyon borcu olan borclunun 5 milyonluq əmlakına həbs qoyulur. Bu dəyişikliyi indidən etmək lazımdır ki, sonradan problemlər yaranmasın", - deyə deputat qeyd edib.