10 meşə işçisinin həlak olduğu yanğın nəzarətə götürüldü
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı, Karabükdəki yanğın bölgəsində jurnalistlərə açıqlama verərək, 5 meşə işçisi və 5 AKUT könüllüsünün şəhid olduğu Eskişehir meşə yanğınının nəzarət altına alındığını bildirib.
Nazir Yumaklı gün ərzində ümumilikdə 73 yanğının baş verdiyini qeyd edib və mövcud vəziyyətlə bağlı son məlumatları paylaşıb.
Bundan əlavə o, Karabükdəki yanğınların davam etdiyini və 2 təyyarə, 19 helikopterlə müdaxilələrin davam etdiyini bildirib.
"Ərazinin geniş və kanyonlarla dolu olması işimizi çətinləşdirir. Külək də müdaxiləyə mane olur", - deyə o, vurğulayıb.
Yumaklı, Antalyada Aksu Kurşunlu bölgəsindəki yanğının antik şəhər ərazisinə qədər çatdığını, lakin heç bir zərər olmadığını bildirib. Manisadakı yanğına isə hava qaraldıqdan sonra da müdaxilənin davam edəcəyini qeyd edib.