11 yaşlı sürücü "dəhşət saçdı" - 2 uşağı öldürüb, digərlərini yaraladı

Türkiyədə azyaşlı sürücü iki uşağı öldürüb.

11 yaşlı sürücü
Türkiyədə azyaşlı sürücü iki uşağı öldürüb.

meqale.com lente istinadən bildirir ki, hadisə Malatyanın Akçadağ qəsəbəsində baş verib. 11 yaşlı K.A.-nın idarə etdiyi traktor idarəetmədən çıxaraq yol kənarında oynayan uşaqların arasına girib. Nəticədə üçü 7, biri 11 yaşlı olmaqla, 4 uşaq xəsarət alıb.

Azyaşlılar təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. Lakin burada onlardan ikisi - bacı-qardaşın həyatını xilas etmək mümkün olmayıb.

Polis 11 yaşlı sürücünü saxlayıb, araşdırma aparılır.