111 yaşlı kişinin sağlamlıq sirri: Üç məhsul - FOTO
Planetin ən yaşlı sakinlərindən biri, Cənubi Afrikadan olan 111 yaşlı Ben Ngemani Mabuza uzunömürlülüyünün sirrini açıb.
meqale.com oxuya istinadən xəbər verir ki, sadə pəhrizə riayət etmək ona uzun müddət yaşamağa və xəstələnməməyə kömək edir.
"Mən hər gün yulaf, ət və Afrika ispanağının yabanı növü olan moroqo yeyirəm", - deyə Mabuza bildirib.
Ailə və dostlar Mabuzanı "Ben baba" adlandırırlar. O, həyat yoldaşı və 12 uşağının ölümünə şahidlik edib. İndi kişi nəvələri ilə yaşayır, onlardan birinin 44, ikincisinin isə 27 yaşı var. 40-a yaxın nəvənin babası və ulu babasıdır.