12 yaşlı qızla nişanlanan kişi üzr istədi - YENİLƏNİB - VİDEO
09:49 Sabirabadın Məmişli kəndində 12 yaşlı qızla nişanlanan 32 yaşlı Kərim Kaxidzeadlı şəxs Azərbaycan xalqından üzr istəyib.
Axşam.az xəbər verir ki, o, müsahibəsində peşman olduğunu bildirib:
"İki ildir gediş gəlişimiz var. Ailələrimiz biri-birini tanıyıb. Anamgili göndərmişəm, "hə" almışıq. Böyük nişan olmayıb və başqa heç nə olmayıb.
Azyaşlı ilə nişanlandığıma görə peşmanam. Azərbaycan xalqından üzr istəyirəm. Gərək belə olmazdı".
Qeyd edək ki, məsələ ilə bağlı görüntüləri aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində yayımlamışdı.
------- 00:14 Sabirabadda 12 yaşlı qızla nişanlanan 32 yaşlı kişi danışıb.
meqale.com publika.az-a istinadən xəbər verir ki, Kərim adlı şəxs Baku TV-yə açıqlamasında azyaşlı qızla nişanlandığı üçün peşman olduğunu bildirib:
"İki ildir o ailəni tanıyıram. Daha sonra anama dedim və üzük apardıq. Böyük nişan olmayıb".
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Rayon İcra Hakimiyyəti 12 yaşda məcburi nişanlandırılan qızı nəzarətə götürüb.
Xatırladaq ki, bir neçə gün öncə 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb. Ailəsi əvvəlcə, övladının nişanı olduğunu danıb və görüntülərin qızın ad günündə lentə alındığını bildiriliblər.