13 ildən sonra "Oskar"ı əlindən alınacaq?
13 ildən sonra Hollivud ulduzu Sandra Bullokun "Oskar"ının geri alınması istənilir.
meqale.com axşam.az-a istinadən bildirir ki, söhbət aktrisanın 2010-cu ildə "The Blind Side" biopik filmində ən yaxşı qadın roluna görə layiq görüldüyü mükafatdan gedir.
Ekran işində haqqında bəhsi gedən amerikalı futbolçu Maykl Oher bəzi hadisələrin reallıqla heç də üst-üstə düşmədiyini bildirib. Məsələn, layihədəki Tuokhi ailəsi əslində filmdə göstərildiyi kimi onu övladlığa götürmədiklərini, sadəcə onu himayə etdiklərini deyib. Maykl iddia edir ki, ailə layihədən kifayət qədər pul qazansa da, o isə heç nə əldə etməyib.