16 yaşında ərə verilən toyundan görüntülər - YENİLƏNİB - VİDEO

19:31 Masallıda 16 yaşlı qızın 27 yaşlı kişiyə ərə verilməsi ilə bağlı yeni görüntülər ortaya çıxıb.

16 yaşında ərə verilən toyundan görüntülər - YENİLƏNİB - VİDEO
19:31 Masallıda 16 yaşlı qızın 27 yaşlı kişiyə ərə verilməsi ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Sözügedən görüntülər Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində yayımlanıb.

Videoda 16 yaşlı qızın toy mərasimindən görüntülər əks olunub.

meqale.com xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, 16 yaşlı F.H.-nın atası 2014-cü ildə həyat yoldaşını qətlə yetirib. Hazırda ata cəzaçəkmə müəssisəsindədir. Bu səbəbdən qız, onun bacısı, qardaşı babanın himayəsində böyüyüblər. 

Ətraflı süjetdə:

---------- 17:08 Masallı rayonunda gənc qızın ərə verilməsi barədə bir neçə təfərrüat məlum olub.

meqale.com oxuya istinadən xəbər verir ki, kənd sakini F.H.-nın 12 yox, 16 yaşı var. Babasının himayəsində olan F.H. Bakı şəhərində yaşayan 27 yaşlı kişiyə ərə verilib. Toy mərasimi fevral ayında paytaxtda keçirilib. Hazırda F.H. Masallı rayonuna babasının yanındadır. 

Digər əldə etdiyimiz məlumata görə, F.H.-nın atası 2014-cü ildə həyat yoldaşını qətlə yetirib. Hazırda ata cəzaçəkmə müəssisəsindədir. Bu səbəbdən qız, onun bacısı, qardaşı babanın himayəsində böyüyüblər.