İstanbulda DEAŞ-a qarşı əməliyyat keçirilib - 17 nəfər saxlanılıb
İstanbulda DEAŞ silahlı terror təşkilatı üzvlərinə qarşı əməliyyat keçirilib.
meqale.com-ın TurkicWorld-a istinadən məlumatına görə, əməliyyatı İstanbul polis idarəsi terrorla mübarizə şöbəsi qrupları keçirib.
Əməliyyat nəticəsində 17 şübhəli saxlanılıb. Şübhəlilərin istintaqı davam etdirilir.