16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

Türkiyədə azərbaycanlı yeniyetmə anasının sevgilisini öldürüb.

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü
Türkiyədə azərbaycanlı yeniyetmə anasının sevgilisini öldürüb.

meqale.com bildirir ki, hadisə Denizli şəhəri Pamukkale qəsəbəsində baş verib.

50 yaşlı Abdullah Kolcu sərxoş halda evə gələrək azərbaycanlı sevgilisi 45 yaşlı Aida İ. və onun 16 yaşlı oğlu Nicat H.-nı döyüb. Bundan hiddətlənən yeniyetmə mətbəxdən bıçaq götürərək Kolcunu sinəsindən vurub. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri yaralını xəastəxanaya aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.