17-ci mərtəbədən yıxılan işçilər sağ qaldılar

Rusiyanın Cənubi Saxalin vilayətində tikinti meydançasında çalışan 3 işçi 17-ci mərtəbədən yıxılıblar.

17-ci mərtəbədən yıxılan işçilər sağ qaldılar
Rusiyanın Cənubi Saxalin vilayətində tikinti meydançasında çalışan 3 işçi 17-ci mərtəbədən yıxılıblar.

meqale.com oxuya istinadən xəbər verir ki, ilkin məlumata görə, işçilər çalışma zamanı təhlükəsizlik tədbirlərinə riayət etməyiblər.

Onlardan ikisi dördüncü mərtəbədə dayanıb, biri isə yerə düşüb. İşçilərin hamısı ağır yaralanıb, biri huşunu itirib.

Saxalin Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanaya yerləşdirilən işçilərdən hazırda iki nəfərin vəziyyəti ağır, birinin vəziyyəti orta qiymətləndirilir.

Hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.