"18 yaşa çatmayanların nişanlanması qadağan edilsin" - deputatdan təklif

İl ərzində dünyada 10 milyondan çox erkən nikah qeydə alınır.

İl ərzində dünyada 10 milyondan çox erkən nikah qeydə alınır.

meqale.com APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycanda nikahla bağlı 18 yaşla bağlı istisna məsələsi gələcəkdə aradan qaldırılmalıdır: "18 yaşdan erkən nişanlanmanın qarşısının alınmasının da qanunda nəzərdə tutulmasını təklif edirəm. Biz bununla erkən nikahların qarşısını da almış olacağıq".