18 yaşlı futbolçu əməliyyatda öldü

Argentinanın "San Telmo" futbol klubunun yarımmüdafiəçisi Kamilo Nuin dizindən əməliyyat olunarkən dünyasını dəyişib. 

18 yaşlı futbolçu əməliyyatda öldü
Argentinanın "San Telmo" futbol klubunun yarımmüdafiəçisi Kamilo Nuin dizindən əməliyyat olunarkən dünyasını dəyişib. 

meqale.com   bildirir ki, 18 yaşlı futbolçunun gözlənilməz ölümü ilə bağlı Argentinanın ikinci güclü divizionunda çıxış edən "San Telmo" klubunun mətbuat xidməti məlumat yayıb.

Argentinalı menisk və çarpaz bağ zədələrindən sonra oynağının sabitliyini bərpa etmək üçün əməliyyat olunub, lakin hər şey faciəvi şəkildə bitib.

Nə klub, nə də yerli hakimiyyət Nuinin əməliyyat zamanı niyə öldüyünü açıqlamayıb. Hazırda onun ölüm şəraiti ilə bağlı araşdırma aparılır.