Lamiyədən dünya çempionatında daha bir qızıl

Azərbaycan idmançısı Lamiyə Vəliyeva Parisdə keçirilən paraatletika üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.

Lamiyədən dünya çempionatında daha bir qızıl
Azərbaycan idmançısı Lamiyə Vəliyeva Parisdə keçirilən paraatletika üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.

meqale.com Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, təmsilçimiz 400 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb. O, məsafəni 55,34 saniyəyə qət edərək birincilik qazanıb.

Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda dünya çempionu olub.