“19,5 milyondan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib”

"Bu il ərzində 19,5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib".

“19,5 milyondan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib”
"Bu il ərzində 19,5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib".

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan "İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, cari ilin ilk on ayı ərzində prokurorluq orqanlarının apardığı istintaq tədbirləri nəticəsində istintaqı tamamlanmış cinayət işləri üzrə ümumi ziyan olan 19 564 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Həmçinin qeyd edilib ki, prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin təmin olunması məqsədilə Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanı ilə yaradılmış "Elektron Prokurorluq" informasiya sistemi hazırda prokurorluq orqanlarında səmərəli şəkildə istifadə edilməkdədir.

Baş prokurorun müavini onu da əlavə edib ki, həmin proqram insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, prokurorluğa müraciət imkanlarının genişlənməsinə, prokurorluğun fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına xidmət edir.