2 pizzaya 1 milyon dollar ödədi - FOTO

15 il əvvəl Laszlo Hanyecz adlı proqramçı 10 min Bitcoin qarşılığında 2 pizza almışdı, bu gün o pizzaların dəyəri 1 milyard 118 milyon dollardan çoxdur.

2 pizzaya 1 milyon dollar ödədi - FOTO
15 il əvvəl Laszlo Hanyecz adlı proqramçı 10 min Bitcoin qarşılığında 2 pizza almışdı, bu gün o pizzaların dəyəri 1 milyard 118 milyon dollardan çoxdur.

meqale.com xəbər verir ki, 2010-cu ilin 22 mayında baş verən bu alış-veriş "Bitcoin Pizza Günü" kimi tarixə düşüb və kriptovalyuta ilə həyata keçirilən ilk real ticarət əməliyyatı sayılır. O dövrdə 10 min Bitcoin cəmi 40 dollar edirdi. İndi isə 1 Bitcoin 111 min dollardan baha satılır. Yəni həmin məbləğə bu gün 70 milyondan çox pizza almaq olardı.

Hanyecz bu əməliyyatdan sonra böyük sərvət itirdiyi ilə bağlı şərhlərlə tez-tez üzləşsə də, özü bu məsələyə daha fərqli yanaşır.

Bitcoin Pizza Günü bu gün də kriptovalyutanın yalnız investisiya aləti deyil, eyni zamanda real həyatda istifadə edilə bilən valyuta olduğunu xatırladır.