2 qızılla 4-cü pillədə
Rumıniyada keçirilən güləş üzrə Avropa çempionatında qadınların mübarizəsi başa çatıb.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan yığması 2 qızıl və 1 bürünc medulla komanda hesabında 4-cü yeri tutub.
Millimiz 87 xal toplayıb. Siyahıya 147 xal toplayan Ukrayna güləşçiləri başçılıq edib. Türkiyə (142 xal)2-ci, Rumıniya (101 xal) isə 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan yığmasnın heyətində Mariya Stadnik (50 kq) və Alyon Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal qazanıb.