20 il sonra atasının yerində - FOTO
"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğlu Juilian Simeone ötən gün Madrid klubunun əsas komandasında meydana çıxıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bundan sonra onun atası ilə olan uşaqlıq fotosu diqqət çəkib.
Belə ki, Dieqo Simeone hələ 2004-cü ildə Madrid klubunda futbolçu olarkən qucağında Julianla meydana çıxıb. Həmin fotodan 20 il sonra isə ata Simeone baş məşqçi kimi oğlunu meydana buraxıb.