20 yaşında kəndinin muxtarı oldu - FOTO
Türkiyənin Bartın şəhərinin Şirinlər kəndində 20 yaşlı Mustafa Doğan muxtar seçilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, atası ilə təsərrüfatla məşğul olan lisey məzunu Mustafa Doğan 31 mart Yerli Rəhbərliklərin Ümumi Seçkisində kənd muxtarlığına namizəd olub.
Doğan gənc yaşına baxmayaraq, hazırkı muxtarın da olduğu 45, 59, 64 və 65 yaşlı namizədləri geridə qoyaraq seçkiləri qazanıb. 108 etibarlı səsin sayıldığı kənddə 35 səs alan Doğan kənd muxtarı seçilib.