2023-cü ildə Türkiyədə keçirilən antiterror əməliyyatlarının sayı açıqlandı

2023-cü ildə Türkiyədə 28 min 315 antiterror əməliyyatı keçirilib ki, bunun 6 min 775-i FETÖ, 1500-ü İŞİD terror təşkilatına qarşı keçirilib.

meqale.com-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Məlumata əsasən, 2023-cü ildə antiterror əməliyyatları çərçivəsində 923 terrorçu zərərsizləşdirilib, 7 min 716 şübhəli saxlanılıb, onlardan 1555 nəfəri həbs edilib. 1683 nəfər barəsində məhkəmə nəzarəti qərarı verilib.

Bundan əlavə, bu müddət ərzində 163 aksiyanın, o cümlədən 124 bombalı hücumun qarşısı alınıb.