2023-cü ilin ən yaxşı gənc futbolçusu oldu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı gənc oyunçusunu açıqlayıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu ada mövsümün əvvəlində Almaniyanın "Borussiya" (Dortmund) klubundan İspaniya "Real"ına keçən Cud Bellinqem layiq görülüb.
20 yaşlı yarımmüdafiəçi 276 xalla bütün rəqiblərini qabaqlayıb. Almaniyanın "Bavariya" klubundan Camal Musiala (120) ikinci, İspaniya "Barselona"sından Qavi (82) üçüncü olub.