2026-cı ilədək Qarabağa bu qədər sakin köçürüləcək
2026-cı ilədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ümumilikdə təqribən 140 min nəfərin - 34 min 500 ailənin köçürülməsi planlaşdırılır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə deyib.
"Prezidentin rəhbərliyi ilə 1-ci Böyük Qayıdış dövlət proqramı təsdiq olunub. Proqrama əsasən artıq bir neçə yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərimiz geri qayıdaraq doğma torpaqlarda məskunlaşıblar. Bu proses davam edir", - deyə o vurğulayıb.