22 yaşlı gənc iki nəfəri bıçaqladı

Zaqatalada 22 yaşlı gənc iki nəfəri bıçaqlamaqda şübhəli bilinir.

22 yaşlı gənc iki nəfəri bıçaqladı
Zaqatalada 22 yaşlı gənc iki nəfəri bıçaqlamaqda şübhəli bilinir.

meqale.com bildirir ki, hadisə ötən gecə saatlarında rayonun Faldarlı kəndi ərazisində baş verib.

1999-cu il təvəllüdlü Tural Səfərov və Emin Rüstəmova bıçaqla xəsarət yetirilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Vasif Kərimov saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.