22 yaşlı qadın sinə əməliyyatının qurbanı oldu - FOTO
22 yaşlı qadın gözəllik qurbanı olub.
meqale.com xarici mətbuata istinadla bildirir ki, əməliyyat üçün yüz kilometrlərlə məsafə qət edən 22 yaşlı Chloe Rose həkim səriştəsizliyi səbəbindən eybəcər hala düşüb və hüceyrələri ölməyə başlayıb.
Sinə əməliyyatı üçün 2300 fund-sterlinq xərcləyərək İngiltərədən Türkiyəyə uçan qadının bədənində problem yaranıb. Onun döşlərində anormal proseslər başlayıb. Hazırda qızı ölüm qorxusu bürüyüb, o, hərkəsdən yardım istəyir.